من توركم ، آذری یوخ Vətən Anadır ANA çağırır bizi
| ||
|
Mərhum professor Azad Nəbiyevin
araşdırmalarında vurğulanır ki, ilaxır çərşənbələriylə bağlı görüşlər ulu əcdadın,
ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq mifizmi ilə
bilavasitə əlaqədardır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər
mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapıb:
«Onların hər biri ilə bağlı silsilə nəğmə və miflər yarandı. Çərşənbələrin hər
biri milli yaddaşda insana uğur və xoşbəxtlik gətirən rəmzlər kimi geniş məna və
məzmuna malikdir. Mərasim folklorunda çərşənbələrin sayı və sıra düzümü ilə
bağlı müxtəlif mülahizələr mövcuddur. Bir sıra hallarda çərşənbələr 5-7-12
arasında göstərilir. Bu isə ümumilikdə Hovruz mərasimi, onun keçirilməsi vaxtı
və ölçülərinə uyğun gəlmir. Mərasim sistemində Hovruza hazırlıq dekabrın 21-dən
başlayır və bayram üç mərhələdə davam etdirilir. Birinci mərhələ — Böyük Çillə
ilə Kiçik Çillənin arası (21 dekabr-1 fevral). İkinci mərhələ — Kiçik Çillənin
davam etdiyi müddət (1-20 fevral). Üçüncü mərhələ — dörd həftəlik axır çərşənbələri
əhatə edən Boz Aydır. Bundan sonra isə Novruz gəlir. İlaxır çərşənbələrin sıra
düzümündə su, od və yel çərşənbəsindən sonra torpaq çərşənbəsi gəlir. Bu sıra
düzümü mərasim folkloru sistemində pozulmazdır». Ümumiyyətlə, su türklərin
ruhunda çox rəmzləşib Azərbaycanlıların ötən
minilliklər ərzində çoxsaylı bayramları olub. Şübhəsiz ki, həmin bayramların
heç də hamısı bu günümüzə gəlib çıxmayıb. Azərbaycan bayramlarını təsnifləşdirən
Azad Nəbiyev yazır ki, bayramlar xalqın ritual və mərasim folklorunun ən əsas
göstəricisidir. 40-a yaxın bayramı olan xalqımızın tamam unudulub gedən mərasimləri
də var, unudulmaqda olanı da: «Hələlik milli bayramlarımızın 3 tipindən
danışmaq mümkündür. Birincisi, mövsüm mərasimləri, yəni, əmək həyatının
başlanması, ilin fəsilləri ilə bağlı keçirilən bayramlardır. İkincisi, məişət həyatını
əks etdirənlərdir, üçüncüsü isə, dini bayramlardır. Birinci qrupa daxil olan
bayramlar əsasən Xıdır Nəbi ilə başlayıb Gül, yaxud Güləkən bayramı ilə başa
çatır. 20-yə qədər belə bayramların ən böyüyü Novruzdur. Xıdır Nəbi bayramı
türk tayfalarının bir sıra başqa bayramları kimi bolluq, firavan yaşayış
etiqadları ilə bağlı meydana gəlib. Bu bayramda əski inanclarımız, ulu əcdadlarımızın
təbiətin müqəddəs ünsürləri ilə bağlı mifik və yarımmifik dünyagörüşü əks
olunub. Həmin bayramda təbiətin müqəddəs ünsürlərinə inam və etiqad əks olunur.
Su və torpaq kultu bayramın əsas atributları kimi bütün mərasim və ayinləri bəzəyir Bütün bu bayramların, adət-ənənələrin
zirvəsində qədimliyimizi, ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzun
bütövlüyünü özündə yaşadan Novruz bayramı durur. Novruzda Zərdüştlükdən gələn
xeyrin şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur: «Azərbaycan türkləri
çox əzəli çağlardan əcdadlarının yaranış və törənişi, əski maldar və əkinçilik
görüşləri, zaman və fəsil anlayışları, bolluq və firavanlıq istəkləri ilə bağlı
silsilə bayramlar yaradıblar. Türkün bayramları bayramdan-bayrama təzələnir,
zinətlənir, daha geniş torpaqlara, uluslara, ölkələrə yayılır. Türkün bayramına
gələn qonşu ellər onun min bir adət-ənənəsini, mərasimini özü ilə aparıb,
türkün bayramını öz elində öz bayramı kimi qoruyub saxlayıb, onu böyük təntənə
və toy-büsatla keçirib. Türkün belə böyük, ulu mərasimlərindən biri də hər il
yeni təqvimlə martın 20-22-də keçirilən Novruz bayramıdır. Qədim Oğuz mifində
Novruzun həm maldarlıq, əkinçilik, həm də təqvim bayramı olduğu öz əksini
tapıb. Türk oğlu firavanlığa çıxdığı ildən, yəni taxıl əkib-becərdiyi, sürülər
saxlayıb böyütdüyü, özünə paltar biçib-tikdiyi, un üyüdüb çörək yapdığı günü
Novruz adlandırıb. Hər il onu həyat, yaşayış, firavanlıq və bolluq günü kimi
bayram edib. Novruz mifoloji düşüncəsi türk xalqları tarixində çox dərin
qatlardan xəbər verən əski bayramdır. Novruzun Zərdüştilik və İslam düşüncələrindən
çox-çox əvvəl, insan yaranışının dörd ünsürü — su, od, yel və torpaqla bağlı
etiqadları onun türkün əski təbiət kultları ilə sıx bağlı olduğunu göstərir Mifoloq-alim Seyfəddin
Rzasoy qeyd edir ki, Novruz bayramının tarixi təqribən 5-6 min il əvvələ gedib
çıxır: «Alimlərimizin araşdırmalarına görə, qədim turanlılarda bizim indiki
Novruz bayramımızda olduğu kimi, Tura bayramı olub. Bu «tura» «törə»- «yaranma»
sözündəndir. Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır.
Köhnə il ölür, yeni il doğulur: «Novruz bayramı mərasimlərində «Kosam
ikicanlıdır» ifadəsi işlədilir. Burada «ikicanlı olmaq» Kosanın ilin obrazı
kimi anlaşılmasıdır: mərasimin ortasında Kosa ölür, hamı qışqırışır; Kosanın
ölməsi-dirilməsi əslində ilin ölüb-dirilməsi, təbiətin yenidən doğulması deməkdir.
Əslində bu təsəvvürlərdə zamanın ölüb-dirilməsi durur. İlin axır çərşənbəsində
zaman qurtarır. Mifoloji təsəvvürlərdə səthi zaman olmayıb. Novruz bayramında
ilin olmaması, yəni konkret rəqəmin dəqiq şəkildə göstərilməməsi əslində zamana
mifoloji münasibətdir. Aydın olur ki, burada yaşadığımız tarixi zaman yoxdur.
Novruz bayramı mifoloji zamanla bağlıdır və burada birinci, ikinci, üçüncü, bir
sözlə, illərin sıralanması yoxdur, burada cəmi bir zaman var; o, ilin əvvəlində
doğulur, böyüyür, qocalır, axırda da ölür. Bunun da əsasında mifologiyamızdakı
ölüb-dirilmə haqqındakı təsəvvürlər durur. Ölüb-dirilmə Novruz bayramında bütün
çalarlarıyla yaşayır. Xüsusilə kənd yerlərində qadınlar evdəki köhnə şeyləri təzələyirlər:
yorğan-döşəyi yuyurlar, divarları ağardırlar, köhnə şeyləri atırlar. Qabaqlar
valideynlər balalarına nəsə təzə şey almaq istəyəndə bunu mütləq Novruz
bayramına salardılar. Bu, arxetipik şüurla bağlı idi: yəni burada başdan-başa təzələnmə
nəzərdə tutulurdu. Bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə
bayramıdır. Novruz bayramının həmin ritualları indi də yaşayır بؤلوم لر: یولداشلار، |
Dağlıq Qarabağ (1988-1993) Xankəndi (18.09.1988) Əskəran (19.10.1991) Hadrut (19.11.1991) Xocalı (26.02.1992) Şuşa (08.05.1992) Laçın (17.05.1992) Xocavənd (02.10.1992) Kəlbəcər (3-4.04.1993) Ağdərə (07.07.1993) Ağdam (23.07.1993) Cəbrayıl (23.08.1993) Füzuli (23.08.1993) Qubadlı (31.08.1993) Zəngilan (30.10.1993) *** Azərbaycan *** |
[ طراحی : ایران اسکین ] [ Weblog Themes By : iran skin ] |