من توركم ، آذری یوخ Vətən Anadır ANA çağırır bizi
| ||||
|
Allahım! Məni özümdən Sənə götür! Allahım! Məni
özünə götür ki, özümdə özümdən heç nə qalmasın!
Varlıq Allahın zarafatıdır (Bu deyimimin
cavabında Nəriman Qasımoğlu soruşdu: “Tanrı aləmləri əyləncə üçün, yaxud
əyləncə olaraq yaratmadı” ayəsi necə olsun? Mənim cavab cəhdim: Bəlkə, Tanrı
əyləncə üçün zarafat etmir. Sadəcə, dünyada bizə nonsens görünən elə
zarafatsayağı nəsnələr, durumlar yaradır ki, ağlımız çaşsın və gülüşlə
təəccübün arasında qalsın ki, dünyanın, Allahın ağılasığmazlığını
bilsin).
Allah hər yerdədir, ancaq hər yerdə bir cür
deyil, bircürlük verəndir.
Dində olmaq çətindir, çox adam dində olmağı
asanlaşdırmaq üçün dini asanlaşdırıb korrupsion bilincinə rahatlıq gətirir.
Həmişə rahatlıqda, işlərin yaxşı getdiyi yerdə
insanın Allahı primitivləşdirməsi var. Bu üzdən Allah sevimli bəndələrini dərdə
və əziyyətə salır. Ancaq sevmədiklərini də unutmur.
Tanrı bu dünyanı elə qurub ki, bir dərdin daha
ağır örnəyini görüb özünü ovundurursan.
Allah bizim maddi təbiətimizlə elə hey
eksperimentlər aparır ki, görsün, bu təbiət yenə hansı oyun çıxaracaq.
Allah psixolojimizi elə qurub ki, nankorluğa və
Ondan şübhələnməyə yönəlirik. Deməli, möminlik psixologiyanın bu meylinə qalib
gəlmək və çətinliyi adlayıb Allaha inanmaqdır.
بؤلوم لر: یولداشلار، |
Dağlıq Qarabağ (1988-1993) Xankəndi (18.09.1988) Əskəran (19.10.1991) Hadrut (19.11.1991) Xocalı (26.02.1992) Şuşa (08.05.1992) Laçın (17.05.1992) Xocavənd (02.10.1992) Kəlbəcər (3-4.04.1993) Ağdərə (07.07.1993) Ağdam (23.07.1993) Cəbrayıl (23.08.1993) Füzuli (23.08.1993) Qubadlı (31.08.1993) Zəngilan (30.10.1993) *** Azərbaycan *** |
||
[ طراحی : ایران اسکین ] [ Weblog Themes By : iran skin ] |