قالب وبلاگ


من توركم ، آذری یوخ
Vətən Anadır ANA çağırır bizi 
نظر سنجی
تورك ديلينده مدرسه لازيمدير؟




Qardaşlar, bizi niyə ayırırsız? Yoxsa, yadlar kimi sizə də bizi – Azərbaycan türklərini bütöv olaarq tanımaq sərf etmir? Olmaya böyrünüzdə güclü qardaş görmək istəmirsiz? Üstəlik Kərkükdəki soydaşlarımıza da türkman deyirsiz. Bəlkə də bu səbəbdəndir ki, Bütöv Azərbaycan məsələsi gündəmə gələndə daha çox susmağa üstünlük verirsiniz...

Kökləri on beşinci əsrə gedən qısqanclığın səbəbləri məlumdur. Osmanlı dönəmindən bəri ətrafındakı bir çox ölkələri zəbt etdikləri halda, talandan savayı Azərbaycanda oturuşa bilməmələri Anadolu “başbilənlərini” daim qıcıqlandırıb. O dövrün tarixini oxuyarkən bəzən özüm də heyrətlənmişəm: qəribədir, yüz illərlə Yaxın Şərqi, Balkanları əsarətdə saxlayan Osmanlı imperiyası nəyə görə bütün Azərbaycana sahiblik edə bilməyib? Görünür, bu qan qohumluğundandır: qardaşı məğlub etmək yada qalib gəlməkdən həmişə çətin olub. Şah İsmayıla, Azərbaycan hökmdarlarına aşağılayıcı münasibət də elə bu üzdəndir. Həmin münasibət indiki günümüzdə də Türkiyədə çəkilən teleseriallarda davam etdirilir. Seriallarda bir normal azərbaycanlı obrazı görməzsən. Əksəriyyəti gülüş yaradan yalançı, fırıldaq ya da dələduz...

Qardaşlar, biz hamımız dələduzuqmu? Yəni “azeri”lərin içində Adəm oğlu yoxmudur?

Yeri gəlmişkən, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanında biz özümüzü türk adlandıranda siz osmanlı idiniz. Bizdən beş il sonra siz də türk olmağınızı etiraf etdiniz. 1937-ci ildə bir “gavur” adımızı dəyişdirib azərbaycanlı edibsə, bu sizə əsas verirmi ki, təkcə özünüzü türk hesab edəsiniz?

Qanımız bir, canımız bir osmanlı qardaşlarım, Sizə müraciət edirəm! Doğru sözdür, qarın qardaşdan irəlidir. Narahat olmayın, Sizə bizdən heç vaxt rəqib olmayacaq. Dədə Qorqudun ulu ruhu xatirinə, haqq naminə - rusa, farsa qoşulub Siz də bizi ayırmayın, paralayıb kiçiltməyin... Biz “azeri” deyilik, biz güneyli-quzeyli Azərbaycan türküyük

yazar:Rövşən Yerfi                      




بؤلوم لر: یولداشلار، 
[ سه شنبه 16 خرداد 1391 ] [ 09:15 ] [ ماحمود دالغا ]
Baxışlar 0
.: Weblog Themes By Iran Skin :.

بلاقا گؤره


چیراق یاندیر،اوجاق قور
كور یوخودان بیرجه دور
قوی امه یین داغیتسین
یوردوموزا قیزیل نور .
حبیب ساهر
سایغاج سایت
بازديدهاي بو گون : نفر
بازديدهاي ديروز : نفر
كل بازديدها : نفر
بو آیین گؤروشو : نفر
ایندی بلاق دا : نفر
باخیش لار : عدد
كل مطالب : عدد
یئنیله مه چاغی :

YAŞASIN AZƏRBAYCAN YAŞASIN AZƏRBAYCAN

حامیان محیط زیست آذربایجان

Qanlı tarix
Dağlıq Qarabağ (1988-1993)
Xankəndi (18.09.1988)
Əskəran (19.10.1991)
Hadrut (19.11.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
*** Azərbaycan ***

وبسایت خبری تحلیلی دورنا نیوز آذربایجان غربی